Berahino Belçika klubunda

12:39 - 10 Avqust 2019

İngiltərənin "Stok Siti" klubundan ayrılan Saido Berahino karyerasını Belçikada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu "Zyulte Vareqem"ə transfer olub. Klub saytının məlumatına görə, burundili futbolçu ilə 2 illik müqavilə imzalanıb.

 

"Stok Siti" Berahinonu 2017-ci ildə "Vest Bromviç"dən 13,9 milyon avroya transfer etmişdi. İngiltərənin aşağı yaş millilərində çıxış edən futbolçu Burundi yığmasının üzvüdür.

Xəbər xətti