Acun Pərvizin "Survivor"u tərk etməsindən danışdı: "Ədalətsizlik olardı"

00:00 - 10 Aprel 2020

Türkiyənin “TV8” telekanalında yayımlanan “Survivor” verilişinin aparıcısı Acun Ilıcalı yarışı tərk azərbaycanlı kikboksçu Pərviz Abdullayevlə bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, o, Pərvizin verilişi tərk etməsindən sonra yaranan narazılığdan danışıb:

 

“Azərbaycandan səsverməni açsaydıq, asan yolla pul qazanardıq, ancaq bu, haqsızlıq olardı. Bütün ölkənin vətəndaşları Pərvizə səs verib, onu qalib edəcəkdi. Bu isə düzgün olmazdı. Pərviz güclü iştirakçı idi, ancaq bu yarışda təmkinlə mübarizə aparmaq işə yaramır. Lazım olanda xarakter nümayiş etdirməlisən. Pərviz passiv oldu və yarışla vidalaşdı”.

Xəbər xətti