2016-cı ildə PSJ-dən ayrıldıqdan sonra işsiz qalan fransız baş məşqçi Loran Blan geri dönməyə hazır olduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, COVID-19 pandemiyasına görə xəstəxanalara yardım edən 54 yaşlı mütəxəssis evində canlı yayım zamanı bu barədə məlumat verib:
"Hazırlıq görürəm. Yenidən çalışacağam. İşləmək vaxtıdır. Geri dönmək istəyirəm. Evdə oturmaqdan ən çox sıxılan mənəm".
Blanla Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Ali Koç danışıb. İddialara görə, o, İstanbul klubunu çalışdırmağa razılıq verəcək.
saytlarin hazirlanmasi