“Tottenhem”in cənubi koreyalı hücumçusu Son Hın Min Jeju adasındakı hərbi xidmətini tamamlayıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçunun ölkəsindəki 3 həftəlik xidməti başa çatıb.
Son 157 nəfərlik taborda ən yaxşı performans göstərən əsgərlərdən olub. Güllə atıcılığında maksimum nəticə göstərən nümunəvi əsgərə xüsusi diplom təqdim olunub.
Son hərbi xidmətini tamamlamaq üçün Cənubi Koreyada 2023-cü ildə ictimai işlərə cəlb ediləcək.
Ulduz futbolçu 2018-ci ildə Asiya oyunlarında millisi ilə qızıl medal qazandığı üçün 21 aylıq hərbi xidməti 1 ayla əvəzlənib.
saytlarin hazirlanmasi