İngilis hakim Mark Klattenburq "Daily Mail"ə açıqlama verib. Sportal.az xəbər verir ki, 45 yaşlı referi futbolçularla münasibəti barədə söz açıb.
O, portuqaliyalı Kriştiano Ronaldo barədə bunları deyib:
"Ronaldoda ən çox heyran olduğum amil komandası zəif performans göstərəndə oyunu qaldıra bilirdi. Premyer Liqadakı gənc vaxtlarında və "Real"a keçdikdən sonra iştirakçısı olduğu bir neçə oyunu idarə etmişəm. Meydanda hadisələri bir anda dəyişə bilən bənzərsiz futbolçudan bəhs edirik.
AÇ-2016-nın finalından sonra pilləkənlərlə qalxıb, medalı almağa gedəndə məni tutub, qucaqlamaq istədi. Bu, bizim hörmət səviyyəmiz idi. Finalda zədə alanda pis olmuşdum, çünki həlledici matç vacib oyunçunu itirdi. Ancaq ona başqa oyunçulardan fərqli yanaşmadım, düşünürəm ki, münasibətimiz yaxşı idi.
Bir dəfə oyundan sonra otağıma üzərində "Mark, ən xoş arzularım! Kriştiano Ronaldo" yazılan köynək gətirdilər. Mən heç ondan forma istəməmişdim. Gözəl jest idi. Ona vərəqə göstərdiyimi xatırlamıram, bəlkə də buna görə forma hədiyyə etmişdi".
Klattenburqun "Barsleona"nın superulduzu Lionel Messi barədə dedikləri:
"Messinin oyunlarında hakimlik edərkən şok oldum. PSJ ilə oyunda ona çox yaxın idim və xatırlayıram: "Aman Tanrım, bu inanılmazdır". Hakimlər topa baxmalıdır. Top Messidə olarkən sən topu görməyə bilərsən, indi siz müdafiəçiləri təsəvvür edin!
Top Messidə olanda vəziyyətə başqa cür nəzarət etməli idim. O qədər istedadlıdır ki, rəqiblər topu almaq üçün ayağına, bədəninə vurur. Belə halda hakimlər ona əlavə diqqət ayırmalı olur. Ancaq belə vəziyyətlərdə etiraz etmirdi və nəsə demirdi.Hakim kimi Messi ilə eyni meydanda olmağı səbirsizliklə gözləyirsiniz, çünki həmin oyunun özəl olacağını bilirsiniz".
Təcrübəli ədalət təmsilçisi "Barselona"nın hücumçusu Luis Suares barədə də fikrini bölüşüb:
"Onun ilk matçını "Ayaks"da olarkən idarə eləmişdi. Həmin oyunda 4 qol vurdum. Evə qayıdanda dostlarıma inanılmaz futbolçu olduğunu söylədim. Dieqo Kosta kimi çirkin işlər görən futbolçu olsa da, istedadlı oğlandır. "Liverpul"a transfer olanda həyəcanlanmışdım, çünki Premyer Liqa üçün heyrətləndirici futbolçu olduğunu bilirdim. Etiraz edəndə ispan dilində nəsə deyir, amma dünyanın hər yerində oyun idarə eləmişəm və söyüşləri anlayıram. Buna görə ona 1-2 dəfə cavab verdim. Bu, ona şok effekti verdi. Suares kimi futbolçuları idarə etməyi bacarmalısan. Əgər ələ ala bilməsəniz, sizin üçün problem yaradacaq".
İngilis referinin "Mançester Siti"nin keçmiş kapitanı Vensan Kompani barədə fikirləri:
"Premyer Liqada gördüyüm ən yaxşı mərkəz müdafiəçilərindən biri idi. Ona hörmət edirdim. Hakimləri dəstəkləyirdi və hörmətli şəkildə söhbət edirdi. Ona xəbərdarlıq edəndə səninlə söhbət etməyə vaxt tapardı. İlk hissədə səhv etdiyimi və 30 dəqiqədən sonra bunun aşkarlandığını yaxşı xatırlayıram. Kompani dedi: "Mark, futbolçular da səhv edir və sən də yanlış qərar vermisən, unut getsin, olur". O, belə oğlan idi, hörmət və anlayış göstərirdi.
Belçikanın İsrailə qarşı matçında hücumun qarşısını kobudluqla aldı və ona 2-ci sarı vərəqəni göstərdim. O, buna etiraz etmədi, qərarla razılaşdı.
Təxminən 1 həftə sonra "Old Trafford"da Mançester derbisini idarə etdim. İlk hissədə kobud oynadığı epizod oldu. Köməkçimin yanına getdim və bunun sarı vərəqə olduğunu dedim.
Kompani zədələnən zaman mənə dedi: "Təşəkkür edirəm, 1 həftə içində 2-ci qırmızı vərəqəyə ehtiyacım yox idi".
Referi əfsanəvi uelsli mərhum futbolçu Qari Spid barədə də xoş sözlər səsləndirib:
"Premyer Liqaya uyğunlaşmağa çalışan gənc hakim idi. Həmin vaxt mənə çox təzyiq var idi. Ancaq Qari kimi biri bunu çox asanlaşdırırdı. Qərarları həqiqətən də tərifləyirdi. Səhv edəndə irəli baxmağı tövsiyə edirdi. Oyun dili ilə danışırdı və bu da hakimə kömək olurdu.
Oyun zamanı Kreyq Bellami kimi sizə kömək etməyəcək futbolçular da var. Bu, çətindir. Spid başqalarına kömək edib, işlərini asanlaşdıran gözəl insan idi. Çox möhtəşəm futbolçu idi. Qol vurur, müdafiə olunur, meydana nəzarət edir. Onu cəzalandırdığımı xatırlamıram. Hamımız üçün nümunə insan idi".
saytlarin hazirlanmasi