"Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq gələcək karyerasından danışıb.
Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu Madrid "Real"ı ilə bağlı etiraf edib:
"Ölmədən öncə babama söz vermişdim ki, "Real"da oynayacağam. O, Madridə yaxın olan Avilyada doğulub. "Real"a keçmək asan deyil, amma bunu ağlımda tutmuşam. Ümid edirəm ki, transferim baş tutar".
"Arsenal" qabonlu futbolçunu 2018-ci ildə Dortmund "Borussiya"sından 64 milyon avroya transfer edib. Obameyanq bu mövsüm 32 oyunda 20 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi