Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 1-dən sonra bərpa oluna bilər.
Sportal.az xəbər verir ki, hökumət bununla bağlı icazə verib. Oyunların azarkeşsiz keçirilməsinə qərar verilib.
Martın 13-də dayandırılan Premyer Liqanın yeni təqvimi hazırlanacaq.
Premyer Liqada 29 tur geridə qalıb. Yarışın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. 2-ci yerdə qərarlaşan "Mançester Siti" "qırımızılar"dan 25 xal geridədir.
saytlarin hazirlanmasi