Agent Özilin gələcəyindən danışdı

15:10 - 12 May 2020

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilin agenti Erkut Söyüt müştərisinin gələcəyi barədə danışıb.

 

Sportal.az xəbər verir ki, o, Özilin gələn il başa çatacaq müqaviləsini uzatmayacağını deyib:

 

"Məsutun klubla 1 illik müqaviləsi qalıb. Bundan sonra nə baş verəcəyini zaman göstərəcək. O, ailəsi ilə qərar verəcək. Bu, ən yaxşı çıxış yoludur. Özilin "Fənərbaxça"ya keçəcəyi iddialarına münasibət bildirə bilmərəm. Məxfilik üçün bu mövzuda danışmaq hüququm yoxdur".

 

31 yaşlı Türkiyə əsilli alman futbolçu bu mövsüm 23 oyunda 1 qol vurub, 3 assist edib. Özilin London klubu ilə sözləşməsi 2021-ci ilin iyunun 30-da bitəcək.

Xəbər xətti