"Çelsi"nin hücumçusu Olivye Jiru Fransa millisindəki hədəflərindən danışıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu yığmada qol sayında Mişel Platinini keçmək və gələn il təşkil olunacaq Avropa çempionatında qalib olmaq istədiyini dilə gətirib:
"Fransa millisinin tarixində iz qoymaq istəyirəm. Millidə 97 oyun keçirmişəm və bunu 100-ə çatdırmaq arzusundayam. Qol sayına gəlincə, Mişel Platinini keçmək istəyirəm. Onu üstələmək mənim hədəfimdir. Bundan əlavə, gələn il milli ilə Avropa çempionu olmaq istəyirəm".
DÇ-2018-in qalibi 39 qolla milli tarixinin 3-cü bombardiridir. Tyerri Anri 51 qollq 1-ci, Mişel Platini 41 qolla 2-cidir.
saytlarin hazirlanmasi