Fransa klubu 42 yaşlı futbolçunun müqaviləsini uzatdı

18:12 - 15 May 2020

Fransanın "Monpelye" klubu kapitanı Vitorino Hiltonun müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 42 yaşlı müdafiəçi daha bir mövsüm Liqa 1 təmsilçisində çıxış edəcək.

 

Braziliyalı futbolçu 2011-ci ildə "Marsel"dən "Monpelye"yə keçib.

Xəbər xətti