PSJ "Latsio"ya 60 milyon avroya təklif etdi

15:15 - 30 May 2020

"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç PSJ-nin transfer hədəfindədir.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi Roma klubu ilə danışıqlara başlayıb və bu keçid üçün 60 milyon avro təklif edib.

 

Daha öncə İtaliya mətbuatı "Latsio"nun serb futbolçunu 100 milyon avroya satmağa razı olduğunu yazmışdı.

 

25 yaşlı futbolçu bu mövsüm 31 oyunda 5 qol vurub, 5 assist edib.

Xəbər xətti