PSJ “İnter”dən icarəyə götürdüyü Mauro İkardinin transfer hüququna yiyələnib.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, argentinalı futbolçu ilə 2024-cü ilin iyunun 30-dək müqavilə imzalanıb. Paris təmsilçisi bu keçid üçün 50+7 milyon avro təzminat ödəyib.
27 yaşlı hücumçunun illik maaşı 8 milyon avro olacaq.
İkardi başa çatan Fransa çempionatında 20 keçirib və 12 qol vurub, 2 assist edib.
saytlarin hazirlanmasi