"Neftçi” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi yetirməsi Ömər Buludovla 2021-ci il mayın 31-də bitməli olan anlaşmanı daha 1 il artırıb.
21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub.