Niderland millisinin baş məşqçisi Ronald Kuman yaxın keçmişdə "Barselona"dan təklif aldığını açıqlayıb.
Sportal.az xəbər verir ki, 57 yaşlı çalışdırcı katalonların Ernesto Valverde ilə yollarını ayırdıqdan sonra ona müraciət etidiyini bildirib:
"Barselona" mənə bir neçə dəfə təklif göndərdi. Ancaq mən sözümün üstündə durdum və Avropa çempionatında oynayacağı üçün Niderland yığmasında qaldım. Gələcəkdə necə olacağını görəcəyik. AÇ-2020-dən sonra millidən ayrılmaq ehtimalım yaranmışdı. Ancaq turnir təxirə salındı. Hər kəs xəyalımın "Barselona"nı çalışdırmaq olduğunu bilir".
Keçmiş niderlandlı futbolçu 1989-1995-ci illərdə "Barselona"da çıxış edib.
saytlarin hazirlanmasi