PSJ-nin yarımmüdafiəçisi Ander Errera komanda yoldaşı olan Edinson Kavaninin karyerasını İspaniyada davam etdirmək istədiyini söyləyib.
Sportal.az xəbər verir ki, ispan futbolçu uruqvaylı hücumçunun La Liqanı sevdiyini deyib:
"Kavaninin İspaniyada oynamaq istədiyini bilirəm. O, La Liqanı çox sevir. Gələcəyi barədə çox düşündük, amma Parisdən ayrıldıqdan sonra onunla görüşməmişəm. İndiki vəziyyətini bilmirəm".
"İnter", "Atletiko", "Nyukasl" və "Mançester Yunayted"in 33 yaşlı hücumçu ilə maraqlandığı iddia edilir.
Kavani bu mövsüm 22 oyunda 7 qol vurub, 3 assist edib.
saytlarin hazirlanmasi