Koronavirusa görə vaxtından əvvəl başa çatdırılan Fransa I Lİqası ilə bağlı qərar dəyişikliyi gerçəkləşib.
Sportal.az xəbər verir ki, dövlət şurası 2-ci liqaya göndərilməsinə qərar verilən “Tuluza” və “Amyen” klublarının elitada qalmasına qərar verib.
Hər iki klubun məhkəməyə verdiyi şikayət təmin edilib və komandalar yeni mövsüm 1-ci liqada mübarizə aparacaqlar.
Avropa kuboklarına vəsiqə qazana bilməyən "Lion"un çempionatı davam etdirilməsi ilə bağlı şikayəti təmin edilməyib.
Fransa çempionatının 2019/20 mövsümünün qalibi PSJ elan edilib.
saytlarin hazirlanmasi