Zaur Həşimov: "Əlavə bir həftəmiz olsaydı, daha yaxşı səviyyədə olardıq"

00:00 - 14 İyun 2020

"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Sabah"a 0:1 hesab ilə uduzduqları yoxlama oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, matçla bağlı danışıb:

 

"Yaxşı ilk hissə keçirdik. Bu gün daha istəkli idik. 3 qol epizodumuz da oldu, bundan istifadə edə bilmədik. 58-ci dəqiqədən əvəzləmələrə başladıq. Ümumi götürsək, ikinci hissədən də narazı qalmadım. Sadəcə, bir anlıq konsentrasiyanı itirməyimiz ucbatından rəqib qol vurdu. Uşaqların tapşırıqlarımı yerinə yetirməsi sevindiricidir. Daha bir həftəmiz olsaydı, hazırlıq baxımından daha yaxşı səviyyədə olardıq".

Xəbər xətti