"Sabah"da iki ayrılıq

14:14 - 19 İyun 2020

“Sabah” iki futbolçu ilə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, müqavilə müddətləri bitən yarımmüdafiəçi Vadim Abdullayev və müdafiəçi Kərim Diniyev komandadan ayrılıb.

 

Paytaxt təmsilçisi hər iki futbolçuya kluba göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

 

Xəbər xətti