“Barselona” keçmiş futbolçusu Neymar ilə davam edən məhkəmə prosesində qalib gəlib.
Sportal.az xəbər verir ki, məhkəmə PSJ-də çıxış edən braziliyalı hücumçunun Kataloniya klubuna qarşı 43,6 milyon avro pul tələbəni rədd edib. Məhkəmə 28 yaşlı hücumçunun "Barselona"ya 6,7 milyon avro təzminat ödəməsi barədə qərar qəbul edib.
PSJ braziliyalı futbolçunu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi