UEFA Fransanın “Marsel” klubunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi maliyyə feyr-pley qaydalarını pozduğu üçün 3 milyon avro cərimə edilib.
Qitə qurumu "Marsel"in 2020/21 və 2021/22 mövsümlərində avrokuboklardan götürəcəyi gəlirlərin 15 faizini müsadirə edəcək.
Fransa təmsilçisi növbəti üç mövsümdə avrokubokların oyunları üçün 23-dən çox futbolçu sifariş edə bilməyəcək.
"Marsel"in İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti vermək hüququ var.
saytlarin hazirlanmasi