Kapitan "Marsel"də qaldı

15:06 - 28 İyun 2020

"Marsel" kapitanı Dimitri Payetin müqaviləsini uzadıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, Fransa millisinin keçmiş üzvü ilə 2024-cü il iyunun 30-dək sözləşmə bağlanılıb.

 

33 yaşlı yarımmüdafiəçi 2020/21 mövsümündə qazancının 50 faiz, 2021/22 mövsümündə isə 30 faizindən imtina edib.

 

Təcrübəli futbolçu ötən mövsüm 27 oyunda 12 qol vurub, 6 assist edib.

Xəbər xətti