"Lester Siti"nin hücumçusu İslam Slimani karyerasını yenidən Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, əlcəzairli futbolçunu "Marsel" transfer etmək istəyir. "Tülkülər"dən ayrılmağı düşünən 32 yaşlı futbolçu Fransaya qayıtmağa müsbət yanaşır.
"Marsel"in bu keçidi 10 milyon avroya həll edəcəyi gözlənilir.
"Lester Siti" Slimanini 2016-cı ildə "Sportinq"dən 30 milyon avroya transfer edib. O, son mövsüm icarə əsasında oynadığı "Monako"da 19 oyunda 9 qol vurub, 7 assist edib.
saytlarin hazirlanmasi