“Monako”nun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az klubun saytına istinadən verir ki, knyazlıq təmsilçisini bundan sonra Niko Kovaç çalışdıracaq. Xorvatiyalı məşqçi ilə 3+1 illik müqavilə imzalanıb.
O, bu vəzifədə istefaya göndərilən Robert Morenonu əvəz edib. 48 yaşlı mütəxəssisin son iş yeri Münhen "Bayern"i olub.
saytlarin hazirlanmasi