Mbappe: "Növbəti mövsümdə də PSJ-də olacağam"

17:41 - 22 İyul 2020

PSJ-nin hücumçusu Kilian Mbappe komandadan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu Paris təmsilçisindən ayrılmayacağını söyləyib:

 

"PSJ-dəyəm və layihənin bir parçası olaraq qalmaq fikrim var. Yeni mövsümdə də komandada olacağam. Bacardığımız qədər çox titul qazanmalıyıq".

 

Fransa millisinin üzvü ötən mövsüm 32 oyunda 29 qol vurub, 17 assist edib.

Xəbər xətti