Fransa kubokunun finalında "Sent-Etyen"lə matçda ağır zədə alan PSJ-nin hücumçusu Kilian Mbappenin durumu ciddidir.
Sportal.az xəbər verir ki, tibbi müayinədən keçən 21 yaşlı hücumçunun ayaq biləyində ciddi boşalma aşkarlanıb. Klubun saytı gənc futbolçunun 3 həftə yaşıl meydanlardan kənar qalacağını açıqlayıb.
Fransalı futbolçu avqustun 12-də Çempionlar Liqasının 1/4 finalında PSJ-nin "Atalanta" ilə üz-üzə gələcəyi matçda iştirak etməyəcək.
saytlarin hazirlanmasi