PSJ-nin hücumçusu Neymar açıqlama verib. Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Çempionlar Liqasını qazanmaq istədiklərini deyib:
"PSJ-də ən yaxşı dövrü keçirirəm. Burada ən böyük hdəfimiz bir ailə olmaq idi və buna nail olduq. Hazırda Çempionlar Liqasında iz buraxmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Çünki bunu qazanmağa bu qədər yaxınlaşmamışdıq".
PSJ Çempionlar Liqasının 1/8 finalında "Borussiya"nı mübarizədən kənarlaşdırıb. Paris təmsilçisi 1/4 finalda "Atalanta" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi