"Breşiya"nın ulduzu "İnter"lə razılaşdı

11:36 - 13 Avqust 2020

"İnter" B Seriyasına düşən "Breşiya"nın yarımmüdafiıçisi Sandro Tonalini transferini tamamlayıb.

 

Sportal.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, 20 yaşlı futbolçu İtaliyanın digər iddialı klublarından da təklif alıb, ancaq o, Milan təmsilçisini seçməyə qərar verib.

 

"Göy-qaralar" Avropa Liqasındakı çıxışını başa vurduqdan sonra italiyalı oyunçunun transferini açıqlamağı planlaşdırır. Bu keçid üçün "İnter" 35 milyon avro təzminat ödəməyi qəbul edib. Tonalinin illik maaşı 3,5 milyon avro olacaq.

 

Gənc futbolçu ötən mövsüm A Seriyasında keçirdiyi 35 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər xətti