Pirlo Tudoru "Yuventus"a gətirir

13:15 - 18 Avqust 2020

Xorvatiyanın "Hayduk" klubunu çalışdıran İqor Tudor "Yuventus"da işləyə bilər.

 

Sportal.az "Tuttosport"a istinadla xəbər verir ki, xorvatiyalı mütəxəssis əsas komandada məşqçi işləməsi təklif edilib. İddiaya görə, 42 yaşlı mütəxəssis bu təklifi qəbul edib.

 

Turin təmsilçisinin yeni baş məşqçisi Andrea Pirlonun digər köməkçiləri Roberto Baranio, Antonio Qalyardi, Paolo Bertelli və Klaudio Filippi olacaq.

 

İqor Tudor futbolçu karyerasında 1998-2007-ci illərdə "qoca sinyora"nın uğurları üçün çalışıb.

Xəbər xətti