Antonio Kontedən ayrılıq mesajı

13:13 - 22 Avqust 2020

Avropa Liqasının finalında "Sevilya"ya məğlub olan "İnter"in baş məşqçisi Antonio Konte komandadan ayrıla biləcəyini söyləyib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis klub rəhbərliyi ilə görüşəcəyini bildirib:

 

"Növbəti mövsüm "İnter"in baş məşqçisi olacağımdan əmin deyiləm. Növbəti həftə klubla görüşəcəyik və gələcəyimlə bağlı qərar verəcəyik. "İnter" gələcəyini mənimlə və ya mənsiz planlaşdıracaq. Hələ ki nəsə bilmirəm".

 

51 yaşlı mütəxəssis ötən mövsümdən "İnter"i çalışdırır. "Göy-qaralar" A Seriyasında "Yuventus"dan 1 xal geri qalaraq 2-ci yeri tutub.

 

Xəbər xətti