"Milan" "Çelsi"nin futbolçusunu icarəyə götürdü

12:07 - 23 Avqust 2020

"Milan" "Çelsi"nin yarımmüdafiəçisi Temue Bakayokonu icarəyə götürüb.

 

Sportal.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, London klubu fransalı yarımmüdafiəçini "qırmızı-qaralar"a satın alma şərti ilə bir illik icarəyə verib. Milan təmsilçisi 26 yaşlı futbolçunu 30 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir.

 

Bakayoko 2018/19 mövsümünü icarə əsasında "Milan"da keçirmişdi. O, ötən mövsüm "Monako"nun formasını geyinib.

 

"Çelsi" Bakayokonu 2017-ci ildə "Monako"dan 45 milyon avroya transfer edib.

Xəbər xətti