Kapitan PSJ-dən ayrıldı - yeni klubu məlumdur

11:29 - 24 Avqust 2020

PSJ-nin kapitanı Tyaqo Silva komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi bu barədə Çempionlar Liqasının finalında "Bayern"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra məlumat verib. 

 

35 yaşlı mərkəz müdafiəçisi "Çelsi" ilə razılaşıb. Onun tezliklə Londona yollanacağı gözlənilir.

 

PSJ Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer etmişdi.

Xəbər xətti