Rəhim Həsənov idarə etdi, "Proqres" mərhələ keçdi

00:48 - 27 Avqust 2020

Azərbaycanlı FIFA referisi Rəhim Həsənov Avropa Liqası oyununu idarə edib. Onun rəhbərlik etdiyi hakimlər briqadası I təsnifat mərhələsində Lüksemburqda yerli "Proqress" və Monteneqronun "Zeta" klubları arasındakı görüşdə iş başında olub.

 

Sportal.az xəbər verir ki, lüksemburqluların 3:0 hesablı qələbəsiylə başa çatan matçda Həsənov meydan sahiblərinin 4, qonaqların 3 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Bundan əlavə, o, 55-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib.

 

Referiyə yan xətlərdə Mübariz Haşımov və Pərvin Talıbov kömək edib. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.

Xəbər xətti