Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə"ni mübarizədən kənarlaşdıran Albaniyanın “Laçi” klubunun baş məşqçisi Armando Kunqu açıqlama verib.
Sportal.az xəbər verir ki, o, zəfəri şərh edib:
"Oyun çətin keçdi. Mərhələ keçdiyimiz üçün sevinirəm. 70-ci dəqiqədə azlıqda qaldıq və bundan sonra oynamaq asan deyildi. Əlavə vaxtda "Keşlə" də azlıqda qaldı və biz matçı penaltilərə daşıya bildik. Matçın gedişində 2-3 qol epizodumuz olmuşdu. Penaltilərə isə hazırlaşmışdıq. Qələbəni əzmkarlıqla qazandıq, burada bəxdən söhbət gedə bilməz".
saytlarin hazirlanmasi