City Football Group Holdinq şirkəti Fransanın "Trua" klubunu satın aldığını bəyan edib.
Sportal.az xəbər verir ki, "Trua" şirkətin səhmlərinə yiyələndiyi 10-cu futbol klubu olub.
Şirkət "Mançester Siti" (İngiltərə), "Nyu-York Siti" (ABŞ), "Melbrun Siti" (Avstraliya), "Yokohama F. Marinos" (Yaponiya), "Torki Yunayted" (Uruqvay), "Jirona". "(İspaniya), "Sıçuan Szyniu "(Çin), "Lommel" (Belçika) və "Mumbai Siti"(Hindistan) klublarının səhmlərinə sahibdir.
"Trua" Fransanın 2-ci liqasında mübarizə aparır.
City Football Group BƏƏ-nin kral ailəsinin üzvü Mansur ibn Zayed Al Nahyana məxsus olan Abu Dabi United Group-a məxsusdur.
saytlarin hazirlanmasi