"Neftçi" - "Qalatasaray" - təyinatlar açıqlandı

11:46 - 7 Sentyabr 2020

Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Qalatasaray” matçının təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

 

UEFA nümayəndəsi Svetlana Şkil (Ukrayna), hakim-inspektor isə Sokol Jaresi (Albaniya) olacaq.

 

Senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.

Xəbər xətti