Mbappedən ayrılıq qərarı

16:45 - 13 Sentyabr 2020

PSJ-nin hücumçusu Kilian Mbappe komandadan ayrılmağa qərar verib.

 

Sportal.az "The Times" nəşrinə istinadla xəbər verir ki, fransalı ulduz klub rəhbərliyinə mövsümün sonunda komandadan getmək fikrində olduğunu bildirib.

 

21 yaşlı hücumçunun daha öncə "Real" və "Mançester Siti"dən rəsmi təklif aldığı xəbərdə qeyd edilib.

 

PSJ Mbbappeni 2018-ci ildə "Monako"dan 180 milyon avroya transfer etmişdi. O, Paris klubunda keçirdiyi 124 oyunda 90 qol vurub, 51 məhsuldar ötürmə edib.

Xəbər xətti