Bazar günü Türkiyə Super Liqasında “Başakşəhər”lə qarşılaşmalı olan “Qlatasaray”ın baş məşqisi Fatih Terim Bakıda “Neftçi” ilə matçda bəzi oyunçulara dincəlmək imkanı yaradacaq.
Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı Super Liqada "Qazientep"ə qarşı görüşdə (3:1) ehtiyatda qalan Mbaye Dian, Rayan Donq, Rayan Babel kimi adlar stert heyətdə yer alacaq. Radamel Falkao ilə Arda Turanı ehtiyat skamyada oturtmağı düşünən Terim müdafiə xəttində isə Kristian Lyuindamanı Donkla əvəzləmək niyyətindədir.
Baş məşqçinin rotasiyalarda məqsədi həm yol yorğunluğuna görə bəzi oyunçuların çox yükləmək istəməməsi, həm də Bakıdakı görüşdən 3 gün sonra Super Liqada “Başakşəhər”lə çətin matçın olmasıdır.
Sentyabtın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi