"Qalatasaray" "Neftçi" ilə oyuna bu 11-liklə çıxa bilər

13:30 - 16 Sentyabr 2020

“Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah “Neftçi” ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin bu qarşılaşma üçün təxmini 11-liyi məlum olub. Türkiyə mətbuatının məlumatına görə, komandanın baş məşqçisi Fatih Terim  Arda Turan, Radamel Falkao və Kristian Luyindamaya istirahət verəcək.

 

"Sarı-qırmızılar"ın ehtimal 11-liyi: Fatih Öztürk, Omar Əlabdullai, Rayan Donk, Markao, Marselo Saraççi, Taylan Antalyalı, Yunes Belhanda, Rayan Babel, Əmrə Kılınç, Sofyan Fequli, Mbaye Dian.

 

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da start götürəcək.

Xəbər xətti