Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

12:51 - 21 Sentyabr 2020

FIFA referisi Əliyar Ağayev Avropa liqasının oyununa təyinat alıb.

 

Sportal.az xəbər verir ki, Ağayev 3-cü təsnifat mərhələsində keçiriləcək “Styaua” (Rumıniya) – “Slovan” (Çex Respublikası) matçını idarə edəcək.

 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

 

“Styaua” – “Slovan” matçı sentyabrın 24-də keçiriləcək.

Xəbər xətti