İrlandiyalı qapıçı "Qarabağ"a rəqib olmadıqları üçün sevinir

16:34 - 23 Sentyabr 2020

İrlandiyanın “Dandolk” klubunun qapıçısı Qari Rocers Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Şerif”lə keçirəcəkləri matçdan danışıb.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı irlandiyalı qolkiper “Qarabağ”a rəqib olmadıqları üçün sevindiyini deyib:

 

“Püşkdən narazı deyiləm. Avropa Liqasında yolumuza davam etmək istəyirik. “Şerif”lə mübarizənin çətin olacağını bilirik. Bu mərhələdə “Qarabağ” və ya başqa bir güclü komanda ilə də qarşılaşa bilərdik. Bunu nəzərə alsaq, “Şerif”ə qarşı oynamaq daha yaxşıdır. Rəqib cütün favoritidir. Lakin matçın azarkeşsiz keçirilməsi bizim xeyrimizə olacaq”.

 

“Şerif” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Qarabağ"a uduzmaqla (1:2) turnirlə vidalaşmışdı.

Xəbər xətti