Əliyar Ağayevdən 1 qırmızı, 5 sarı vərəqə - VİDEO

15:51 - 25 Sentyabr 2020

FIFA referisi Əliyar Ağayev Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Styaua” (Rumıniya) - “Slovan” (Çexiya, Liberets) oyununu idarə edib.
 
Sportal.az xəbər verir ki, qarşılaşma Liberets klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Ağayev oyunun 20-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Stefan Kananı birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, “Styaua”dan 2, “Slovan”dan 3 futbolçuya sarı vərəqə göstərib.
 
Əliyar Ağayevə bu qarşılaşmada  Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

 

Xəbər xətti