AFFA Polşada “Legiya” və “Qarabağ” arasında keçiriləcək Avropa Liqasının pley-off oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlanıb.
Sportal.az xəbər verir ki, bu addım son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alınaraq, atılıb.
Müraciətdə Avropa Liqasında qrup mərhələsinin 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilərin siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA-nın qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşması vacibdir.
Oktyabrın 1-də Polşanın paytaxtı Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
saytlarin hazirlanmasi