UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Ararat" (Ermənistan) - "Srvena Zvezda" (Serbiya) matçı ilə bağlı yekun qərar verib.
Sportal.az xəbər verir ki, qitə qurumu matçın neytral meydanda keçirilməsinə qərar verib. Oyun oktyabrın 1-i Kiprin Nikoasiya şəhərindəki GSP stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:00-da reallaşacaq.
Serbiya klubu Ermənistanın səfərbərlik elan etməsinə görə İrəvana getməkdən imtina etmişdi. Belqrad klubu müharibənin səbəbkarı olan terrorçu Ermənistandan təhlükəsizliklə bağlı təminat almadığı üçün UEFA-ya müraicət edib. Bu səbəbdən də qurum matçın yerini dəyişdirib.
"Srvena Zvezda" bu gün tibbi müayinədən keçəcək və sabah zəfər üçün Nikosiyaya yollanacaq.
Azərbaycan ordusu erməni işğalında olan bir neçə kəndi və Murovdağda yüksəkliyi işğaldan azad edib. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.
saytlarin hazirlanmasi