Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində keçirilib.
Püşkatma nəticəsində cütlər aşağıdakı kimi təşkil olunub:
Avropa Liqası
1/8 final
“Ayaks” (Niderland) - “Yanq Boyz” (İsveçrə)
“Dinamo” (Ukrayna) - “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) - “Şaxtyor” (Ukrayna)
“Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə)
“Dinamo” (Xorvatiya) - “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) - “Milan” (İtaliya)
“Slaviya” (Çexiya) - ”Reyncers” (Şotlandiya)
“Qranada” (İspaniya) - “Molde” (Norveç)
Bu cütlərin ilk oyunları martın 11-də keçiriləcək. Cavab görüşləri isə həmin ayın 18-də baş tutacaq.
saytlarin hazirlanmasi