Avropa Liqasında 1/8 finala start verilir

15:45 - 11 Mart 2021

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubu evdə İtaliya təmsilçisi “Milan”ı qəbul edəcək.

 

İngiltərənin “Tottenhem” komandası bu mərhələdə Zaqreb “Dinamo”sunu, London “Arsenal”ı isə Yunanıstan “Olimpiakos”unu mübarizədən kənarlaşdırmağa çalışacaq.

 

“Ayaks” ilk matçda “Yanq Boyz”u doğma meydanda qəbul edəcək. Bir neçə gün əvvəl Şotlandiya Premyer Liqasında çempionluğunu rəsmiləşdirən “Reyncers” isə Çexiyada “Slaviya”nın qonağı olacaq.

 

Avropa Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

 

21:55 "Mançester Yunayted" (İngiltərə) – "Milan" (İtaliya)
21:55 "Slaviya" (Praqa, Çexiya) – "Reyncers" (Şotlandiya)
21:55 "Ayaks" (Niderland) – "Yanq Boyz" (İsveçrə)

21:55 "Dinamo" (Kiyev, Ukrayna) – "Vilyarreal" (İspaniya)
00:00 "Qranada" (İspaniya) – "Mölde" (Norveç)
00:00 "Tottenhem" (İngiltərə) – "Dinamo" (Zaqreb, Xorvatiya)
00:00 "Olimpiakos" (Yunanıstan) – "Arsenal" (İngiltərə)
00:00 "Roma" (İtaliya) – "Şaxtyor" (Donetsk, Ukrayna).

Xəbər xətti