Həftənin oyunçusu adına namizədlər

13:44 - 12 Mart 2021

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu ada “Ayaks”ın (Niderland) yarımmüdafiəçisi Duşan Tadiç, “Tottenhem”in (İngiltərə) hücumçusu Harri Keyn, “Qranada”nın (İspaniya) forvardı Roberto Soldado və “Roma”nın (İtaliya) cinah oyunçusu Lorenso Pelleqrinidir.

 

Qalib UEFA-nın saytında azarkeşlər arasında aparılacaq səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbər xətti