Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, cavab görüşlərindən sonra 1/4 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək.
İngiltərə təmsilçilərindən “Tottenhem” ilk oyunda 2 cavabsız qolla məğlub etdiyi Zaqreb "Dinamo"sunun qonağı olacaq. “Arsenal” isə Londonda “Olimpiakos”u sınağa çəkəcək. “Topçular” ilk oyunda 3:1 hesabı ilə üstün olub.
Günün maraqla gözlənilən qarşılaşması İtaliyada gerçəkləşəcək. “Milan” İngiltərədə 1:1 hesablı heç-heçə etdiyi "Mançester Yunayted"lə üz-üzə gələcək.
Avropa Liqası
1/8 finalın cavab oyunları
18 mart
21:55. "Molde" (Norveç) - "Qranada" (İspaniya)
İlk oyun - 0:2
21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Tottenhem" (İngiltərə)
İlk oyun - 0:2
21:55. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 3:1
21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya)
İlk oyun - 0:3.
00:00. "Reyncers" (Şotlandiya) - "Slaviya" (Praqa, Çexiya)
İlk oyun - 1:1
00:00. "Milan" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)
İlk oyun - 1:1
00:00. "Vilyarreal" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 2:0
00:00. "Yanq Boyz" (İsveçrə) - "Ayaks" (Niderland)
İlk oyun - 0:3.
saytlarin hazirlanmasi