Çexiyalı futbolçu Avropa Liqası matçından sonra döyüldü

12:31 - 19 Mart 2021

Çexiyanın "Slaviya" (Praqa) klubunun futbolçusu Ondrjey Kudela Avropa Liqasının 1/8 finalında Şotlandiyada "Reyncers"i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra döyülüb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçini tuneldə adı müəyyənləşdirilməyən şəxs döyüb. "Slaviya" klubu hadisədən sonra polis çağırıb. Komanda polislərin müşayiəti ilə stadionu tərk edib.

 

Çexiyalı futbolçunun oyun vaxtı "Reyncers"in futbolçusu Qlen Kamaraya qarşı iqrçi ifadələr işlətdiyi iddia edilir.

 

İlk matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Slaviya" 1/4 finala yüksəlib.

Xəbər xətti