“Rəqibi tanıyırıq, Avropa çempionu olub. Kağız üzərində oyunun favoriti Portuqaliya yığmasıdır".
Sportal.az xəbər verir ki, bu sözləri millimizin üzvü Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsində sabah Portuqaliya ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
"Qarabağ"ın hücumçusu bildirib ki, rəqibin gücü hamıya bəllidir: "Futbolçuları haqda əlavə sözə ehtiyac yoxdur. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bütün bacarığımızı ortaya qoyacağıq”.
saytlarin hazirlanmasi