“Qəbələ” Premyer Liqada yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar olan fasilədə Bakıda məşq keçir.
Elmar Baxşıyevin komandası hazırlıqlarını Bakı Olimpiya Stadionunda gerçəkləşdirir. Gündə iki dəfə məşq keçən komandanın məşqlərində yalnız Azərbaycanın U-21 yığmasına çağırılan Rüfət Əhmədov iştirak etmir. “Qırmızı-qaralar”ın hazırlıq prosesinə klubun futbol akademiyasının 5 gənc oyunçusu da qatılıb.
“Qəbələ”nın hazırlıq prosesində keçirəcəyi yoxlama oyunlarının yeri və vaxtında bəzi dəyişikliklər olub. “Zirə” ilə qarşılaşma martın 26-da keçiriləcək. “Azersun Arena” stadionundakı matç saat 17:00-da başlayacaq. Azərbaycanın U-21 yığması ilə üç gün sonra keçiriləcək qarşılaşma “Bakcell Arena”da təşkil olunacaq. Görüş saat 16:00-da start götürəcək.
saytlarin hazirlanmasi